“2018-23-cü illərdə Nikol Paşinyan və onun partiyası hər şeyi puç və məhv edib” - Ermənistanın müdafiə nazirinin keçmiş müavini

2024/01/1705741084.jpg
Oxunub: 180     17:44     12 Fevral 2024    
“Hər bir milli dövlət, hətta ən zəif və ən əlverişsiz vəziyyətdə belə, bərpa və inkişaf üçün daxili gücə (potensial) malikdir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, 2018-23-cü illərdə Nikol Paşinyan və onun partiyası hər şeyi puç və məhv edib.

“Onlar öz sui-qəsdçi hakimiyyətlərini saxlamaq və xarici sahiblərin maraqları naminə Levon Ter-Petrosyanın, Robert Köçəryanın, Serj Sarkisyanın və bütün əvvəlki hökumətlərin səylərini puça çıxardılar”, - deyə Zakaryan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Partiya  


Bizi "telegram"da izləyin