“Paşinyan müharibənin dayandırılmaması və Şuşanın təhvil verilməsi üçün hər şeyi etdi” - Şarmazanov

2024/01/1705133776.jpg
Oxunub: 188     13:46     12 Fevral 2024    
“Paşinyanın qruplaşması Ermənistanı sülhə yox, tənəzzülə aparır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Paşinyanın sülhlə əlaqəsi yoxdur.

“Sülh və Nikol bir-birini istisna edən fenomenlərdir. Nikol 2018-2020-ci illərdə sülhün möhkəmlənməsi üçün heç bir iş görmədi, əksinə, yalançı vətənpərvərlik və danışıqların məzmununu məhv edən tezisləri ilə müharibəni yaxınlaşdırdı və bizi müharibəyə daxil etdi. Artıq müharibə zamanı müharibənin dayandırılmaması və Şuşanın təhvil verilməsi üçün hər şeyi etdi. Bütün bunlar məğlubiyyətdə keçmiş hakimiyyəti və Rusiya Federasiyasını ittiham edərək, rus təsirindən qurtulmaq üçün edilirdi. Nikol üçün sülh sazişi ümumi məqsəd deyil. Əsas məqsəd Ermənistanın geosiyasi vektorunu dəyişmək, Rusiyadan qurtulmaqdır”, - deyə Şarmazanov bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan   Tənəzzül  


Bizi "telegram"da izləyin