Erməni deputat: “Bu gün mövcud olan çoxsaylı problemlər bir çox Qarabağ ermənilərini Ermənistanı tərk etməyə sövq edib və ya sövq edir”

2023/04/4fbe4-1680327938.jpg
Oxunub: 166     14:45     12 Fevral 2024    
“Qarabağ ermənilərinin (könüllü-red.) köçündən sonra hökumət müxtəlif yardım proqramları elan etdi, lakin bunlar tam olaraq əlçatan deyil”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim Var” fraksiyasının katibi Tiqran Abrahamyan “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, müxtəlif səbəblərdən Qarabağ ermənilərinin bəzi qrupları bu proqramlardan istifadə edə bilmirlər.

“Pasportlarla bağlı problemləri həll etmək üçün çətin macəralardan keçməlisən. Qarabağ ermənilərinin ən böyük problemlərindən biri iş problemidir. İnsanlar dövlətə arxalanmaqda davam etmək istəmirlər və onlara işləmək imkanı verilməlidir. Bu gün mövcud olan çoxsaylı problemlər bir çox Qarabağ ermənilərini Ermənistanı tərk etməyə sövq edib və ya sövq edir”, - deyə Abrahamyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Ermənistan  


Bizi "telegram"da izləyin