İsveçin “Saab” və Norveçin “Kongsberg” şirkətlərinin silah sifarişləri rekord həddə çatıb

2024/02/1707726736.jpg
Oxunub: 174     15:55     12 Fevral 2024    
Skandinaviya müdafiə şirkətləri ötən il Rusiyanın Ukraynadakı müharibəsinə cavab olaraq Avropa ölkələri hərbi xərclərini artırdıqları üçün rekord iş gördüklərini bildiriblər.

Ordu.az xəbər verir ki, “Defense News”un Top 100 siyahısına görə, dünyanın 33-cü ən böyük müdafiə şirkəti olan, İsveçdə yerləşən “Saab” ötən il sifarişlərin 23% artaraq 77,8 milyard İsveç kronuna (7,4 milyard ABŞ dolları) çatdığını və sifariş kitabını bütün zamanların ən yüksək səviyyəsi olan 153,4 milyard krona (14,6 milyard ABŞ dolları) qədər artırdığını bildirib.

Siyahıda 61-ci yerdə olan Norveçin “Kongsberg” şirkəti 2023-cü ildə müdafiə sektoru üçün 37,8 milyard kron (3,6 milyard ABŞ dolları) dəyərində sifarişlər alıb və bölmənin sifarişlər kitabını 65,4 milyard kronluq (6,2 milyard ABŞ dolları) rekord səviyyəyə yüksəldib.

Buna şirkətin bu günə qədərki ən böyük müqaviləsi olan Polşa üçün bir sahil mühafizə raket sistemi ilə bağlı 16 milyard kron da daxildir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveç   Saab   Norveç   Kongsberg  


Bizi "telegram"da izləyin