Hindistan Braziliyadan C-390 hərbi nəqliyyat təyyarəsi almağı planlaşdırır

2024/02/1707726619.jpg
Oxunub: 151     15:36     12 Fevral 2024    
Hindistan MTA proqramı çərçivəsində Braziliyanın “Embraer” C-390 hərbi nəqliyyat təyyarəsini almağı planlaşdırır.

Ordu.az xəbər verir ki, Hindistanın “Mahindra” şirkəti və Braziliyanın “Embraer Defence Security” şirkəti C-390 çoxməqsədli hərbi nəqliyyat təyyarələrinin alınması üçün anlaşma memorandumu imzalayıb.

Anlaşma memorandumu Braziliyanın Yeni Dehlidəki səfirliyində imzalanıb.

Müvafiq olaraq, Hindistan və Braziliya şirkətləri MTA-nın 2023-cü ilin martında başlayacaq nəqliyyat təyyarələrinin çatdırılması proqramında birgə iştirak etmək üçün qüvvələri birləşdirəcəklər.

Bu proqram çərçivəsində Hindistan Hərbi Hava Qüvvələri 40-80 ədəd orta ölçülü nəqliyyat təyyarəsi almağı planlaşdırır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Braziliya   C-390  


Bizi "telegram"da izləyin