“General Atomics” şirkəti XQ-67A adlı yeni PUA-sını təqdim edib

2024/02/1707726563.jpg
Oxunub: 185     15:15     12 Fevral 2024    
“General Atomics Aeronautical Systems” (GA-ASI) Hərbi Hava Qüvvələri Tədqiqat Laboratoriyasının “On-Board Sensing Station” (OBSS) proqramı üçün təklif edilən və tezliklə uçuş sınaqlarına başlaya biləcək XQ-67A adlı yeni Pilotsuz Uçuş Aparatını (PUA) təqdim edib.

Ordu.az xəbər verir ki, bu həftə GA-ASI tərəfindən yayımlanan şəkil və videolarda dizaynı PUA istehsalçısının “Gambit” ailəsindən gələn və şirkətin Hərbi Hava Qüvvələrinin Kooperativ Döyüş Təyyarəsi (CCA) proqramı üçün də təklif etdiyi XQ-67A-nin ilk uçuşa hazırlıq olaraq yüksək sürətli taksi sınaqlarını həyata keçirdiyi nümayiş etdirilir.

HHQ-nin 2024-cü maliyyə ilinin “birinci yarısı” üçün planlaşdırıldığını daha əvvəl “Breaking Defence” dediyi PUA-nın hələ də uçub-uçmadığı bəlli deyil.

“Döyüş PUA-larının gələcəyinə baxdınızı düşünürük”, - deyə GA-ASI sözçüsü K. Mark Brinkli bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: General-Atomics   XQ-67A   PUA  


Bizi "telegram"da izləyin