Alman beyin mərkəzi SWP: Türkiyə qlobal silah ixracatçısı olma yolundadır

2024/02/1707726431.jpg
Oxunub: 188     14:33     12 Fevral 2024    
Almaniyanın Elm və Siyasət Fondu (SWP) Türkiyənin qlobal silah ixracatçısı olmağa doğru irəlilədiyini bildirib.

Ordu.az xəbər verir ki, SWP-nin “Türkiyə qlobal silah ixracatçısı olma yolundadır” başlıqlı təhlilində rəqabət qabiliyyətinin artırılması çərçivəsində Türkiyə müdafiə sənayesinin strateji yenidən qurulması araşdırılıb.

Təhlildə Türkiyənin müdafiə sənayesinin son on ildə sürətlə inkişaf etdiyi və məhsulların hərbi əməliyyat imkanlarını dəfələrlə sübut etdiyi, Türkiyənin “Baykar” şirkətinin “Bayraktar TB2” Pilotsuz Uçuş Aparatlarının (PUA) bir çox ölkəyə ixrac edildiyi və bunun Türkiyənin müdafiə siyasətində yeni bir dövrün başladığının ən bariz göstəricisi olduğu bildirilib.

Təhlildə müdafiə sənayesi və onun ətrafında inkişaf edən innovasiya və ekosistemin Türkiyəni “texnoloji ölkə” kimi yerləşdirməyi hədəflədiyi və Ankaranın xaricdən satınalma yerinə öz istehsalına diqqət yetirdiyi vurğulanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Alman   SWP   Türkiyə  


Bizi "telegram"da izləyin