Almaniyanın HHM reqatı “Hessen” Qırmızı dəniz missiyasına yola düşüb

2024/02/1707726341.jpg
Oxunub: 161     14:07     12 Fevral 2024    
Almaniyanın “Sachsen” sinfinə məxsus aF221 “Hessen” freqatı fevralın 8-də Vilhelmshavendən yola düşüb.

Ordu.az xəbər verir ki, alman Hava Hücumundan Müdafiə (HHM) freqatı ilkin olaraq Aralıq dənizinə doğru istiqamət götürəcək və “Aspides” əməliyyatı qüvvəyə mindikdən sonra Süveyş vasitəsilə Qırmızı dənizə keçməyi planlaşdırır.

Məqsəd Yəməndə yerləşən Husi qiyamçılarının raket və Pilotsuz Uçuş Aparatı (PUA) hücumlarına qarşı gəmiçiliyi qoruyan hərbi səyləri dəstəkləməkdir.

Müdafiə naziri Boris Pistoriusa hesabat verən müdafiə dövlət katibi Siemtje Moeller “Fregattenkapitaen Volker Kuebsch” komandanlığı altında gəmi ilə vidalaşıb.

Xarici işlər naziri “Aspides”in fevralın 19-dan əvvəl Avropa Şurası tərəfindən təsdiqlənməsini gözləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   HHM  


Bizi "telegram"da izləyin