Çin Səudiyyə Ərəbistanına WL-10B PUA-sı tədarük edəcək

2024/02/1707726271.jpg
Oxunub: 182     13:54     12 Fevral 2024    
“CATIC Wing Loong-10”un (WL-10) ixrac variantı olan “Wing Loong-10B”nin tezliklə Səudiyyə Ərəbistanı Kral Hərbi Hava Qüvvələrində (RSAF) xidmətə daxil olacağı təsdiqlənib.

https://gdh.digital/cin-suudi-arabistana-wl-10b-iha-teslim-edecek-100397?fbclid=IwAR01VwKTO3w3_ZCFGSzEBzkiLSsyAOU01Mn4xjhXPowilcaDT49hC7HFeBI

Ordu.az xəbər verir ki, Pilotsuz Uçuş Aparatı (PUA) fevralın 4-dən 8-dək Ər-Riyadda keçirilən Ümumdünya Müdafiə Sərgisi (WDS) 2024-də nümayiş etdirilib, şirkət rəsmisi “Janes”ə ixrac variantındakı faydalı yüklərin baza variantından fərqli olacağını deyib.
Şirkət rəsmisi həmçinin elan edib ki, əsas variant WL-10 PUA-sı və daha aşağı uçuş müddəti variantı WL-10A Çin Xalq Azadlıq Ordusu Hərbi Hava Qüvvələrində (PLAAF) xidmətdədir.

CATIC WL-10B ilə yanaşı, bir sıra PUA-da quraşdırıla bilən silahları da nümayiş etdirib.

Bunlara TY-90 “hava-hava” raketi, AG-300/M “hava-yer” raketi, FT-7A/W lazerlə idarəolunan bombası, YJ-9E gəmi əleyhinə raketi, TL-20 idarəolunan bombası və LS-6/100NLS miniatür idarəolunan bombası daxildir.

HALE sinfində olan WL-10 arxaya quraşdırılmış turboreaktiv mühərriki ehtiva edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Səudiyyə-Ərəbistan  


Bizi "telegram"da izləyin