Erməni ekspert: “Paşinyan qalsa, İlham Əliyev növbəti seçkini İrəvanda keçirəcək”

2024/02/1707721505.jpg
Oxunub: 203     15:41     12 Fevral 2024    
“Paşinyanla İlham Əliyevin oxşar bəyanatlarına vahid gündəm - Ermənistanın dövlətçiliyinin ləğvi kontekstində baxmağı təklif edirəm”.

Ordu.az xəbər verir ki, bunu erməni tarix elmləri namizədi Armen Manvelyan deyib.

Onun sözlərinə görə, fevralın 7-də keçirilən seçkilərdə Azərbaycan Prezidenti seçicilərin 92 faizinin səsini toplayıb.

“Bu məsələdə İlham Əliyev ilk növbədə Ermənistanda fəaliyyət göstərən siyasi rejimə “borcludur”, bu rejim Ermənistanı məğlubiyyətə və rəzalətə sürükləməklə İlham Əliyevə həmin faizləri təmin edib”, - deyə Manvelyan qeyd edib.

Manvelyan bildirib ki, Paşinyan qalsa, İlham Əliyev növbəti seçkini İrəvanda keçirəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   İlham-Əliyev  


Bizi "telegram"da izləyin