“İran bəzən tərəfdaş ölkələrinin və ya qonşularının siyasətlərini görməməyə çalışır” - Kayhan Barzeqar

2024/01/Kayha-1704960138.jpg
Oxunub: 165     17:00     12 Fevral 2024    
“İranın Ermənistandakı səfiri İranın Ermənistan ilə bağlı bütün mühüm yanaşmalarını təqdim edib: Ermənistaın sərhədlərinin toxunulmazlığı, regionun geosiyasətinin dəyişməzliyi və regional kommunikasiyalar məsələsində Ermənistandan keçən marşrutlara üstünlük verilməsi”.

Ordu.az xəbər verir ki, bunu iranlı analitik Kayhan Barzeqar deyib.

Onun sözlərinə görə, İran Ermənistanın təhlükəsizliyinin və ərazi bütövlüyünün təminatçısı kimi mövqe tutur, bu, sadəcə olaraq sənədlərdə qeyd olunmayıb.

“Sənədi olmayan İranın bu mövqeyi yazılanlardan daha vacib və əsas olmalıdır. Təhdidlər və Ermənistanın içində olduğu geosiyasi mühit fonunda bu, ağır mövqedir, çünki İran regionda, xüsusən də ikinci Qarabağ müharibəsindən sonra konkret qüvvədir. İranın o dövrdəki mövqeləri böyük müqavimətə səbəb oldu, lakin indi gördüyümüz kimi, onlara hörmətlə yanaşılır və nəzərə alınır. Bir çox başqa məsələlərin sadəcə olaraq Ermənistandan asılı olmasına baxmayaraq, İran bu məsələlərdə də öz hazırlığını bildirir. O da vacibdir ki, İran-Azərbaycan münasibətlərinin normal olmasına baxmayaraq, İran həm Ermənistan, həm də İran üçün strateji və geoiqtisadi əhəmiyyət kəsb edən Ermənistan ərazisindən keçən yollara üstünlük verir”, - deyə Barzeqar qeyd edib.

İranlı analitik bildirib ki, İranın aydın maraqları var və onları rəhbər tutur, hətta bəzən tərəfdaş ölkələrinin və ya qonşularının siyasətlərini görməməyə çalışır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Ermənistan  


Bizi "telegram"da izləyin