Ölmüş erməni hərbi qulluquqçunun anası: “Paşinyana inanmağa davam edənlərə həmişə təəccüblənmişəm”

2024/02/1707721389.jpg
Oxunub: 193     16:02     12 Fevral 2024    
“Aylar əvvəl 44 günlük müharibədə itkin düşənlərin valideynləri Bağramyan prospektində aksiya keçirən zaman özünü Aprel döyüşlərində ölmüş Robert Abacyanın babası kimi təqdim edən saxta şəxs gəldi, valideynlərini təhqir etdi və çıxıb getdi”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan İctimai Radiosunun jurnalisti, 44 günlük müharibədə ölmüş erməni hərbi qulluqçu Davit Gevorqyanın anası Alisa Gevorqyan deyib.

Gevorqyan qeyd edib ki, yəni o saxta baba indiyə qədər hakim Vətəndaş Müqaviləsi Partiyasında işləyir.

“Abacyanın saxta babası epizodundan sonra, saxtalıq çox tez üzə çıxanda Nikol Paşinyana inanmağa davam edənlərə həmişə təəccüblənmişəm”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin