Erməni deputat: “Paşinyanın reytinqi yoxdur, Ermənistanda hər dördüncü şəxs onu satqın hesab edir”

2022/03/captu-1646823391.jpg
Oxunub: 128     14:01     12 Fevral 2024    
Ermənistan parlamentinin “Şərəfim Var” fraksiyasının rəhbəri Hayk Mamicanyan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyanın işi üzrə növbəti iclasdan sonra jurnalistlərin suallarını cavablandırarkən, son sorğulara toxunub.

Ordu.az xəbər verir ki, son sorğulara əsasən, Nikol Paşinyanın reytinqi aşağı düşməkdə davam edir.

“Vətəndaş Müqaviləsi Partiyasının üzvü olan ikiüzlülər, Paşinyanın göstərişlərini yerinə yetirməyə hazır olan insanlar, həm hakimlər, həm prokurorlar, həm də nazirlik işçiləri nəhayət, başa düşüblər ki, Paşinyanın onları xilas etmək fikri yoxdur: hər kəsi öldürəcək, təki öz dərisini xilas etsin”, - deyə Mamicanyan bildirib.

Erməni deputat qeyd edib ki, gec olması heç olmamasından yaxşıdır, onlar bunu başa düşürlər.

Mamicanyan vurğulayıb ki, Paşinyanın reytinqi yoxdur, Ermənistanda hər dördüncü şəxs onu satqın hesab edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin