“Bu, Azərbaycanın hərbi sahəyə, hərbi sənayeyə, ümumiyyətlə hərbi gücə verdiyi önəmi göstərir” - Xramçixin

2024/02/1707721108.jpg
Oxunub: 222     11:57     12 Fevral 2024    
“Təbii ki, İlham Əliyevin “Akıncı” Pilotsuz Uçuş Aparatlarının (PUA) uçuşunu izləməsi təsadüfi təşkil olunmuş tədbir deyil və bu gün yeni satınalma ilə tanış olmaq üçün təsadüfən seçilməyib”.

Ordu.az xəbər verir ki, bunu hərbi analitik Aleksandr Xramçixin deyib.

Onun sözlərinə görə, seçkilərdə qələbə qazandıqdan sonra hərbi obyektə baş çəkmək və yeni PUA-ların uçuşunu izləmək Azərbaycan hökumətinin hərbi sahəyə, hərbi sənayeyə, silahlı qüvvələrə və ümumiyyətlə hərbi gücə verdiyi önəmi göstərir.

“Ümumiyyətlə, seçkilərdən sonra ilk daxili və xarici səfərlər son dərəcə əhəmiyyətlidir və seçilmiş siyasi xətlər haqqında mesajları ehtiva edir. Hərbi akademiyaya səfər onu göstərir ki, Bakı Azərbaycanın hərbi gücünə əsaslanaraq, əvvəlki siyasətini davam etdirəcək və onu daha da inkişaf etdirməyə hazırdır”, - deyə Xramçixin qeyd edib.

Xramçixin bildirib ki, bunun öz izahı var, Azərbaycan uğur gətirdikcə bu xətti davam etdirəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Hərbi-sahə  


Bizi "telegram"da izləyin