Ermənistanın Gürcüstanla cəmi bir neçə günlük strateji tərəfdaşlığı sonlanır? – BAXIŞ BUCAĞI

2024/02/1707720016.jpg
Oxunub: 423     13:52     12 Fevral 2024    
Keçən ayın sonunda Ermənistan və Gürcüstan strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb. Sözügedən bəyannaməni keçmiş baş nazirlə imzalayan Paşinyan hazırda olduqca narahatdır. O, bu narahatlığı Gürcüstanın yeni Baş naziri İrakli Kobaxidzeni təbrik edərkən də vurğulayıb və “strateji tərəfdaşlığın bundan sonra da genişlənəcəyinə ümidvar olduğunu bildirib”.

Qeyd edək ki, Paşinyanın səfərindən və strateji tərəfdaşlıq bəyannaməsi imzalanandan bir-iki gün sonra məlum oldu ki, Gürcüstanda Baş nazir dəyişir, İrakli Qaribaşvili yerini hakim “Gürcü Arzusu” partiyasının rəhbəri Kobaxidzeyə verir. İstər Gürcüstanda, istərsə də ondan kənarda bu dəyişikliyin aktiv siyasətə qayıdan, “Gürcü Arzusu”nun qurucusu və əsl lideri Bidzina İvanişvilinin qərarı olduğuna şübhə yoxdur. Üstəlik, reallıqların məntiqindən, eləcə də gürcü ekspert və müəyyən siyasi dairələrin reaksiyasından çıxış edərək qeyd etmək olar ki, bu dəyişikliyin həm daxili, həm də xarici motivləri var.

Təbii ki, Ermənistanla strateji bəyannamənin imzalanması Gürcüstan üçün vacib deyildi, bu sadəcə xronoloji baxımdan, belə demək mümkündürsə, üst-üstə düşdü. Təsəvvür etmək çətindir ki, daha çox rusyönlü kimi tanınan İvanişvili belə bir bəyannamənin lehinə olub. Mümkündür ki, Qaribaşvili bunu gizli şəkildə və ya onun mövqeyini nəzərə almadan imzalayıb. Ona görə də Gürcüstanın Baş nazirinin dəyişməsi strateji tərəfdaşlıq bəyannaməsi baxımından Tbilisinin mövqeyini və niyyətlərini əhəmiyyətli dərəcədə dəyişə bilər. Ona görə də burada praktik inkişaf fikirləri və hazırlığı olubsa, yəqin ki, Tbilisi buna yenidən baxacaq.

Habelə bütün məsələ Gürcüstan siyasətində daha geniş mənada xarici məsələlər, geosiyasət, bu kontekstdə regional siyasət baxımından nəyin dəyişəcəyidir. Ermənistan-Gürcüstan strateji tərəfdaşlıq bəyannaməsinin “taleyi” və perspektivi bu dəyişikliklərə məruz qalacaq.

Kobaxidzenin təyinatı, belə demək mümkündürsə, Avroatlantika kursunun dərinləşməsini və intensivləşməsini nəzərdə tutur, yoxsa əksinə? Son aylarda Qaribaşvili, sanki, çəki daşının bu istiqamətdə “ağırlaşması” meylini nümayiş etdirdi ki, bu da İvanişviliyə Gürcüstanın balans siyasətinin pozulması riskləri yaratdı. Bu riskləri neytrallaşdırmaq və ya idarə etmək üçün də Baş nazir dəyişikliyi edildi.

Yeri gəlmişkən, İrakli Kobaxidze Gürcüstana qarşı bu istiqamətdən ittihamlar və iradlar səslənəndə, Qaribaşvilidən fərqli olaraq Avro-Atlantika istiqamətində daha quru ifadələri ilə seçilib, xüsusən də Rusiyaya qarşı sanksiyalara qoşulmur. Bu o deməkdir ki, Kobaxidzenin baş nazirliyi həmin “quruluğ”un icra hakimiyyətinin davranışına keçməsini nəzərdə tutacaq?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Gürcüstan  


Bizi "telegram"da izləyin