Azərbaycan HHQ-dən gövdə göstərişi| “Akınçı”lar “Tolun” Miniatür Bombaları ilə daha güclü olacaq

2024/02/2024--5123159271.jpg
Oxunub: 1813     11:03     12 Fevral 2024    
Xəbər verdiyimiz kimi, fevralın 9-da Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olub və silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-larının uçuşunu izləyiblər. Müdafiə naziri və Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar dövlətimizin başçısına Akademiyada yaradılan şərait və pilotsuz uçuş aparatları barədə məlumat verdilər. Bildirildi ki, burada hərbi qulluqçuların hazırlığı üçün hər cür şərait yaradılıb. Akademiya müasir standartlara cavab verən bütün növ zəruri texnika və avadanlıqlarla təchiz olunub.

Ziyarət zamanı ASELSAN şirkəti tərəfindən istehsal edilən, “Akınçı”larda istifadə üçün alınmış “Tolun” miniatür bombaları da nümayiş olunub. Bu yazıda Sizə “Tolun” miniatür bombaları haqqında məlumat verəcəyik.

“Tolun” Miniatür Bombası (MB) hava platformasından Çoxlu Daşıma Salanı (ÇDS – asqı sistemi) vasitəsilə atıla bilən, sərt və yumşaq quru hədəflərinə qarşı istifadə oluna bilən inteqrasiya edilmiş GPS/INS idarəolunan bir sursatdır.


Miniatür bomba ÇDS-lə təyyarənin bir stansiyasında 4 ədəd daşına bilən, bir çıxışda 8 fərqli hədəfə hücuma imkan verən, açılan qanadları ilə 55 NM mənzildəki hədəflərə qarşı təsirli, dəlici burun quruluşu ilə gücləndirilmiş betonu dələ bilən, həssas vuruş qabiliyyəti ilə ətraf mühitə az ziyan vuran GPS/INS idarəolunan bombadır.

Ümumi Xüsusiyyətlər

• ÇDS-ə 4 ədəd bomba yüklənə və daşına bilər. Beləliklə, F-16/“Akıncı” platformasında hər qanadda bir ÇDS daşınaraq, bir çıxışda 8 fərqli hədəfi zərərsizləşdirməyə imkan verir.

• Aviavasitədən buraxılmazdan əvvəl bağlı olan qanadlar bir müddət sonra açılır və ən uzun məsafə üçün tələb olunan aerodinamik qaldırma qüvvəsini təmin edir.

• Struktur olaraq gücləndirilmiş hədəflərə və sığınacaqlara qarşı effektiv şəkildə istifadə oluna bilən MB 55 km mənzil daxilindəki 1 metr qalınlığında təzyiqli betonu (5000 PSI dayanma gücünə malik) dəlmə və içəridə partlama qabiliyyətinə malikdir.

• İstənilən hədəfi yüksək dəqiqliklə vurma və aşağı ikinci dərəcəli zərər xüsusiyyəti ilə şəhər münaqişələrində və mülki yaşayış məntəqələrində strateji hədəflərin məhv edilməsində effektiv istifadə edilə bilər.


Texniki Xüsusiyyətlər

• Mənzil: 53 NM
• Hündürlük: 40000 fut (MSL)
• Dairəvi Sapma Ehtimalı (CEP): < 12 metr
• İdarəetmə: GPS/INS
• Dəlmə Effektivliyi: 28 NM mənzildən 1 Metr Gücləndirilmiş Betonu Dəlmə


Fiziki Xüsusiyyətlər

• Çəki: 135 kq
• Çap: 17 sm
• Uzunluq: 185 sm

Platforma

• F-16/“Akıncı”: Sertifikatlaşdırma Platforması
• Potensial Platformalar: Milli Döyüş Təyyarəsi, “Hürjet”, F-35


Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   HHQ   Akıncı  


Bizi "telegram"da izləyin