Erməni səfir: “Ermənistan bütün güc mərkəzləri ilə bərabər hüquqlu münasibətlər saxlamalıdır”

2024/02/1707557153.jpg
Oxunub: 130     14:11     12 Fevral 2024    
“Biz özümüzü belə bir ekzistensial böhranda tapdıq, bunun yenidən təfsiri çox vacibdir ki, çıxış yollarını tapa bilək”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın fövqəladə və səlahiyyətli səfiri, tarix elmləri doktoru, professor Ruben Karapetyan deyib.

“Biz bu hekayəni fərdlərə, siyasi xadimlərə, partiyalara, keçmişə, indiyə daşıya bilərik, lakin bu bizi heç yerə aparmayacaq. Biz enerji sərf edirik. Başa düşməliyik ki, Ermənistanın dövlətçiliyi üçün bizə baxış lazımdır, ölkəni bu dərin böhrandan çıxarmaq üçün bu baxışı gətirən insanlar lazımdır”, - deyə Karapetyan qeyd edib.

O bildirib ki, Ermənistan dövlətinin yaranması və dirçəlişi məsələsini qaldırmağı bacarmaq lazımdır.

“Məsələ 4-cü respublikada deyil, məsələ yeni Ermənistanda, özündə güc tapa biləcək, soyuq mühakimə yürüdəcək, partiya və qrup maraqları olmadan yoluna baxa biləcək Ermənistandadır. Ermənistan bütün güc mərkəzləri ilə bərabər hüquqlu münasibətlər saxlamalıdır”, - deyə Karapetyan əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Böhran  


Bizi "telegram"da izləyin