Erməni siyasi xadim: “Respondentlərin 10%-i Paşinyanın Qrabağın itirilməsi ilə bağlı siyasi kursunu dəstəkləyir”

2019/03/45645-1552375054.jpg
Oxunub: 186     16:45     12 Fevral 2024    
“Hakimiyyətə alternativ qüvvələr formalaşır, biz də belə qüvvələrdənik”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Hayakve” təşəbbüsünün koordinatoru Avetik Çalabyan deyib.

“Son bir il ərzində belə qüvvələr yaranıb və bizim məqsədimiz onların birləşməsinə nail olmaqdır. Bundan sonra ictimaiyyət bu qüvvələrə daha ciddi yanaşmağa başlayacaq və insanların seçim etməsi asanlaşacaq. Biz öz təşəbbüsümüz ətrafında deyil, ideya ətrafında vahid cəbhə yaratmağa çalışırıq”, - deyə Çalabyan bildirib.

O qeyd edib ki, indi fəaliyyət planı kristallaşdırılır və müxtəlif qüvvələrlə, fiqurlarla danışıqlar aparılır.

“Sorğularımıza görə, respondentlərin 10%-i Paşinyanın Qrabağın itirilməsi ilə bağlı siyasi kursunu dəstəkləyir. 80 faizdən çoxu hesab edir ki, bu məsələ həll olunmayıb və biz Qarabağı “qaytarmalıyıq”, - deyə Çalabyan əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Qrabağ  


Bizi "telegram"da izləyin