Ermənistan hakimiyyəti radikalları dövlət büdcəsindən necə maliyyələşdirir? – BAXIŞ BUCAĞI

2022/11/31463-1667386061.jpg
Oxunub: 336     18:41     10 Fevral 2024    
Ermənistan hökumətinin fevralın 8-də keçirilən iclasında qəbul etdiyi qərar qanunvericilik bazasından irəli gəlsə də, eyni zamanda, erməni siyasi reallığının bütün əzəmətini və səfalətini əks etdirir.

Beləliklə, 2021-ci il növbədənkənar parlament seçkilərdə iştirak etmiş 4 partiya Ermənistanın 2024-cü il dövlət büdcəsindən 520,7 milyon dram dəstək alacaq. Bu qərara əsasən, hakim “Vətəndaş Müqaviləsi” partiyası 268,3 milyon dram, “Respublika” partiyası 38,7 milyon dram, “Çiçəklənən Ermənistan” partiyası 50,4 milyon dram və “Hayastan” bloku 163,2 milyon dram alacaq. Əlbəttə, Ermənistanda bu praktika uzun illərdir ki, qanunvericiliklə təsbit olunub.

Bəlkə də, Ermənistanda siyasi qüvvələrin dövlət büdcəsi və vergi ödəyiciləri üçün yük olmaması məqsədilə bu praktikaya son qoymağın vaxtı çatıb. Məsələn, Ermənistan timsalında 520 milyon dramla nə qədər vacib işlər görmək olardı? Əvəzində, bu pul bir tərəfdən təbii olaraq əsasən öz korrupsioner lider qrupları səviyyəsində nəhəng maliyyə resurslarını idarə edən radikal siyasi qüvvələrə gedir. Bəs ümumiyyətlə, Ermənistandakı bu siyasi partiyalar, sadəcə olaraq liderlərinin və lider qruplarının müxtəlif ambisiyalarına xidmət etmək üçün alətlər deyilsə, nədir?

Üstəlik də nəzərə alsaq ki, qeyd olunan radikal erməni siyasi qüvvələr başqa qüvvələrlə müqayisədə, belə demək mümkündürsə, dəstək işarəsini “keçiblər”. Əslində daha çox maliyyə imkanlarına və inzibati rıçaqlara malikdirlər, başqa cür desək, maliyyə-iqtisadi və siyasi konyukturanın çərçivəsinə daha rahat yerləşiblər, o zaman burada kifayət qədər açıq-aşkar ədalətsizlik, siyasi rəqabət prinsipinin pozulması da mövcuddur.

Təbii ki, bu gün Ermənistanın çox böyük başqa problemləri var, amma son nəticədə, məsələn, 520 milyon dram radikal siyasi düşüncənin formalaşmasına deyil, obyektiv, faydalı, daimi və ya uzunmüddətli sülh həllini təmin etməyə dəstək olacaq, əslində onu formalaşdıracaq strukturlara verilə bilərdi. Bu, Ermənistanda ümumi zəruri həllər çərçivəsində kiçik göstərici ola bilər, lakin çəkilən xərclə müqayisədə dəfələrlə daha çox fərqə və mənaya malik olardı.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hakimiyyət  


Bizi "telegram"da izləyin