Prezidentin iştirakı ilə baş tutan “Akıncı” mərasimindən kritik detal - SOM HHQ-nin inventarına nə zaman daxil ediləcək? (FOTO)

2024/02/1707549972.jpg
Oxunub: 3815     14:25     10 Fevral 2024    
“Akıncı” hücum tipli Pilotsuz Uçuş Aparatının (PUA) Azərbaycana tədarükü davam edir.

Ordu.az xəbər verir ki, fevralın 9-da Azərbaycan Prezidenti İlham Əliyev və “Baykar” İdarə Heyətinin sədri Selçuk Bayraktarın iştirakı ilə “Bayraktar Akıncı” anqarının açılışı və təhvil-təslim mərasimi keçirilib.

Mərasim çərçivəsində “Akıncı” PUA-sının uçuşunu izləyən İlham Əliyev daha sonra yerüstü idarəetmə stansiyasına gedərək, “Akıncı”nı yoxlayıb.

Mərasim çərçivəsində Prezident İlham Əliyevə Türkiyə müdafiə sənayesinin daxili imkanlarla hazırladığı müxtəlif “hava-yer” sursatları haqqında da məlumat verilib.

Nümayiş olunan sursatlar arasında Türkiyənin ilk qanadlı raketi olan SOM-un da olması diqqət çəkib. 2018-ci ildən SOM qanadlı raketlərini tədarük etməyi hədəfləyən Azərbaycan SOM-un fransız mühərrikindən istifadə etməsinə görə bu tədarükü həyata keçirə bilməyib. Türkiyənin bu il SOM qanadlı raketlərinin ixracına zəmin yaradacaq addımı atacağı gözlənilir.


“Kale Arge” tərəfindən milli imkanlarla hazırlanan KTJ-3200 Turboreaktiv Raket Mühərrikinin kütləvi istehsal çatdırılmaları bu yaxınlarda ROKETSAN-a həyata keçirilib. Çox yaxın vaxtlarda KTJ-3200-ün həm SOM, həm də “Atmaca” raketləri ilə uçuş sınaqlarının keçiriləcəyi gözlənilir. Uğurlu sınaq atışlarından sonra SOM Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) inventarına daxil ediləcək.

Hazırda Azərbaycan HHQ-nin inventarında olan “Su-25 Laçın” təyyarələri ASELSAN Lazer Tuşlama Dəstindən və TÜBİTAK-SAGE Qanadlı Tuşlama Dəstindən fəal şəkildə istifadə edir. Digər tərəfdən, Azərbaycan “Bayraktar TB2” və ROKETSAN MAM-L və MAM-C sursatlarından fəal şəkildə istifadə edir. “Akıncı” PUA-sı ilə Azərbaycan Ordusunun inventarında olan Türkiyə sursatlarının çeşidi artacaq. MAM-T, “Çakır” və “Kemankeş” kimi müxtəlif döyüş sursatlarının da Azərbaycan tərəfindən alınması gözlənilir.

Digər tərəfdən, Azərbaycanın “Akıncı” və “Bayraktar TB2” PUA-ları üçün müxtəlif elektro-optik və radioelektron mübarizə sistemləri aldığı məlumdur. “Baykar”ın ixrac uğurları Türkiyənin müxtəlif müdafiə sənayesi şirkətlərinə ixrac məhsulu əldə etmək imkanı verir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Akıncı   PUA   HHQ   SOM  


Bizi "telegram"da izləyin