Erməni siyasi xadim: “Bir neçə avropalı müşahidəçi Rusiya hərbi kontingentindən daha böyük rol oynayıb”

2022/09/image-1663677119.jpg
Oxunub: 203     15:23     12 Fevral 2024    
“Bizim bir “erməni məsələmiz” var: Qarabağ “erməni məsələsinin bir hissəsi”dir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Milli Öz Müqəddəratını Təyinetmə Birliyi” partiyasının sədri Paruyr Hayrikyan deyib.

“Bizim ən böyük strateji səhvimiz o idi ki, biz Qarabağı “erməni məsələsinin bir hissəsi” kimi qəbul etmək istəmədik. Müttəfiqlərimiz görürlər ki, Nikol Paşinyana qarşı lazımi müxalifət yoxdur, deməli, ermənilərin keyfiyyəti budur. Bu yaxınlarda iki beynəlxalq tədbirdə iştirak etdim, Sovet İttifaqının xalqlarının adını çəkirlər, daha ermənilərin adını çəkmirlər, dəhşətdir”, - deyə o qeyd edib.

Hayrikyan bildirib ki, çoxları Ermənistan-Rusiya ittifaqına inansa da, bu özünü doğrultmayıb.

Erməni siyasi xadim əlavə edib ki, bir neçə avropalı müşahidəçi Rusiya hərbi kontingentindən daha böyük rol oynayıb və bu, faktdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin