Vuçiç təsdiqlədi| Azərbaycan 48 ədəd 155 mm çaplı “Nora” haubitsası alacaq

2024/02/1707386852.jpg
Oxunub: 9154     13:31     08 Fevral 2024    
Serbiya Azərbaycanın 48 ədəd 155 mm çaplı “Nora” haubitsasının alınması ilə bağlı müraciətinin olduğunu təsdiqləyib.

Ordu.az xəbər verir ki, Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycanın 8×8 yük maşınına quraşdırılmış “Nora” haubitsasının alınması ilə bağlı müraciətini təsdiq edib.

Vuçiç müvafiq inkişafı Topçider kazarmasında Serbiya Silahlı Qüvvələrinin silah və hərbi texnikasının nümayiş olunduğu mərasimdə bölüşüb.

Bu kontekstdə açıq mənbələrdə əks olunan məlumata görə, 48 ədəd haubitsanın alınmasının dəyəri 339 milyon dollardır.

İddia edilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü ilin dekabrında Serbiyaya səfəri də bu məsələ ilə bağlı olub.

Azərbaycan Prezidenti İlham Əliyevin Serbiya Prezidenti Aleksandr Vuçiç ilə geniş təkbətək görüşləri olub və bu səfər zamanı Serbiya istehsalı olan bir çox hərbi təyinatlı məhsullar təqdim edilib.

“Nora” B-52 (“Novo ORuzje Artiljerije” – yeni artilleriya silahı) özüyeriyən haubitsası Serbiya ordusunun xidmətində olan köhnəlmiş artilleriya sistemlərini əvəz etmək üçün hazırlanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Serbiya   Azərbaycan   Nora  


Bizi "telegram"da izləyin