KİV: Böyük Britaniyanın ofşor əmlak reyestrində Armen Sarkisyanın ailəsinə məxsus dəbdəbəli mülklər aşkarlanıb

2024/02/sds3-1707289431.jpg
Oxunub: 151     15:02     12 Fevral 2024    
Temza çayının şimal sahilində yerləşən Çeyn Uok küçəsi London varlılarından bir çoxlarının yaşayış yeridir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hetq” nəşri yazıb.

Nəşr qeyd edib ki, “Ceyms Bond”un müəllifi Yan Fleminq, eləcə də “Rolling Stones” qrupunun ən azı iki üzvü bir vaxtlar orada yaşayıb.

2018-ci ildə Ermənistandan OCCRP tərəfdaşı “Hetq” dəbdəbəli Çelsi məhəlləsinin digər sakinlərini müəyyənləşdirib.

“O zaman Ermənistanın prezidenti olan Armen Sarkisyanın həyat yoldaşı və oğulları orada beşmərtəbəli kərpicdən tikilmiş malikanədə qeydiyyatda idilər. Əmlakın həqiqi mülkiyyəti Britaniya Virciniya adalarında qeydiyyatdan keçmiş naməlum ofşor şirkətin arxasında gizlədilib. İndi jurnalistlər həmin şirkətin adını aşkar ediblər. Ofşor şirkətin sənədinə görə, malikanənin sahibi Sarkisyanın bacısı Karine Sarkisyandır. Müxtəlif ofşor şirkətlər vasitəsilə o, Londonda dəyəri on milyonlarla funt-sterlinq olan daha dörd bahalı mülkə sahibdir. İllərlə bu beş şirkətə məxsus aktivlər ictimaiyyətdən gizlədilib”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Böyük-Britaniya   Ermənistan  


Bizi "telegram"da izləyin