Ukrayna xüsusi əməliyyatla Krımda mühüm əhəmiyyətli obyekti məhv edib

2023/11/1700207078.jpg
Oxunub: 246     17:12     06 Fevral 2024    
Ukrayna Silahlı Qüvvələrinin xüsusi əməliyyat bölmələri Rusiyanın işğalı altında olan Krım yarımadasında xüsusi əməliyyat keçirib.

Ordu.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrindən bildirilib.

Qeyd olunub ki, əməliyyat nəticəsində “Shahed” pilotsuz uçuş aparatlarının (PUA) fəaliyyətini gücləndirmək üçün istifadə olunan obyekt partladılıb.

Məlumata görə, “Çitadel” əməliyyatı mürəkkəb və effektiv olub.

Əməliyyat nəticəsində Qara dənizdə gəmilərin daha təhlükəsiz hərəkətini təmin etmək və Rusiyanın hərəkətlərini məhdudlaşdırmaq mümkün olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Krım  


Bizi "telegram"da izləyin