Ermənilər təşvişdə: “Azərbaycan indi də Serbiyadan 311 milyon avro dəyərində silah alıb”

2022/10/1666080354.jpg
Oxunub: 15290     15:33     06 Fevral 2024    
“Azərbaycan fəal şəkildə silahlanmağa davam edir”.

Ordu.az xəbər verir ki, bunu erməni jurnalist Nairi Hoxikyan sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, Azərbaycan indi də Serbiyadan 311 milyon avro dəyərində silah alıb.

“Sual yaranır ki, müharibədə qalib gələn və Nikolla sövdələşmə vasitəsilə Qarabağı nimçədə qəbul edən bir ölkə niyə bu şəkildə yorulmadan silahlanır? Cavab: İlham Əliyev Ermənistanın milli qüvvələrinin əks-hücumundan ehtiyat edir, gələcək Ermənistandan ehtiyat edir, ona görə də indi silahlanır ki, Ermənistana daim təzyiq göstərə bilsin, Nikoldan sonra isə Ermənistanın artan təzyiqlərinə tab gətirsin”, - deyə Hoxikyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Serbiya  


Bizi "telegram"da izləyin