Türkiyə QQ Komandanlığı tərəfindən bir sıra yeni məhsulların təftiş və qəbul fəaliyyətləri tamamlanıb

2024/02/2024--1706852240.jpg
Oxunub: 353     14:36     02 Fevral 2024    
Türkiyə Quru Qoşunları Komandanlığı tərəfindən yerli mühərrikli “Vuran” vasitəsinin, zirehli tank əleyhinə vasitənin və taktiki Pilotsuz Uçuş Aparatı (PUA) sisteminin təftiş və qəbul fəaliyyətləri tamamlanıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin fəaliyyəti ilə bağlı Həftəlik Mətbuatı Məlumatlandırma Toplantısında bildirilib.

Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr müşaviri kontr-admiral Zeki Aktürkün keçirdiyi toplantıda mühüm inkişaflar yer alıb.

Aktürk Türkiyə Quru Qoşunları Komandanlığına yeni tədarüklərin edildiyini bildirib.

“Hərbi Hava Qüvvələri (HHQ) Komandanlığımızın ehtiyaclarına uyğun olaraq, 40 yeni F-16 “Blok-70”lərin satın alınmasını, mövcud 79 ədəd F-16-nın modernləşdirilməsini, bunlara aid sursat, material və təchizatları ehtiva edən tələbimizin ABŞ Konqresindəki təsdiq prosesi yanvarın 26-da başlayıb. Yenə Quru Qoşunları Komandanlığımız tərəfindən müxtəlif miqdarlarda yerli mühərrikli “Vuran” vasitəsinin, zirehli tank əleyhinə vasitənin və taktiki PUA sisteminin təftiş və qəbul fəaliyyətləri tamamlanıb”, - deyə o qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   HHQ   QQ  


Bizi "telegram"da izləyin