Amerikalı komandan: “Çin tezliklə Tayvana qarşı güc nümayişi edə bilər”

2024/01/Ekran-1705742831.jpg
Oxunub: 285     18:08     20 Yanvar 2024    
ABŞ Hind-Sakit Okean Komandanlığının komandanı bildirib ki, Çin son seçkilərə görə yaxın müddətdə Tayvana qarşı güc nümayişi edə bilər və böyük ehtimalla ABŞ-ni günahlandıracaqlar.

Ordu.az-ın xəbərinə görə, admiral Con Akvilino Sakit Okean Forumunun təşkil etdiyi konfransda deyib ki, Tayvana qarşı təzyiq kampaniyası davam edir və seçkilərdən sonra bu nəzərə çarpır.

“Son bir neçə ildə gördükləri işlər olduqca ardıcıl olub. Bəyənmədikləri bir şey olduqda hərəkətə keçməyə meyllidirlər”, - deyə o qeyd edib.

Akvilino Nümayəndələr Palatasının keçmiş sədri Nensi Pelosinin 2022-ci ildə adaya səfərindən sonra Çinin hərbi təzyiqlərini artırdığına diqqət çəkib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Tayvan  


Bizi "telegram"da izləyin