4 yeni dəniz platforması Türkiyə HDQ-nin inventarına daxil edilib

2024/01/1705734534.jpg
Oxunub: 515     13:20     20 Yanvar 2024    
Türkiyə Həbrbi Dəniz Qüvvələri (HDQ) TCG “İstanbul” freqatı, TCG “Derya” Dənizdə Təchizat və Döyüş Dəstəyi Gəmisi, TCG “Baş Leytenant Arif Ekmekçi” Logistika Dəstək Gəmisi və “Marlin” Silahlı İnsansız Dəniz Platformasını (SİDP) inventarına daxil edib.

Ordu.az xəbər verir ki, Türkiyə HDQ-nin Mavi Vətəndə gücünə güc qatacaq 4 yeni dəniz platformasının təhvil mərasimi yanvarın 19-da keçirilib.

“Mavi Vətəndə Güc: Yeni Dəniz Platformalarının Təhvil Mərasimi” Yalovadakı “Sefine” Gəmiqayırma Zavodunda keçirilib.

Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, milli müdafiə naziri Yaşar Gülər, Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün, HDQ komandanı admiral Ərcüment Tatlıoğlu, STM baş direktoru Özgür Güleryüz, “Sefine” Gəmiqayırma Zavodu İdarə Heyətinin üzvü Cəlal Koloğlu və çoxlu qonaq iştirak edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   HDQ  


Bizi "telegram"da izləyin