OMTAS tank əleyhinə raketləri TSQ-nin inventarına daxil edilib

2024/01/1705649095.jpg
Oxunub: 495     12:01     19 Yanvar 2024    
Türkiyə müdafiə sənayesi sürətini azaltmadan təhlükəsizlik qüvvələrinə tədarüklərini davam etdirir.

Ordu.az xəbər verir ki, ROKETSAN tərəfindən hazırlanan müxtəlif miqdarda OMTAS Orta Mənzilli Tank Əleyhinə Raketləri Türkiyə Quru Qoşunları Komandanlığına təhvil verilib.

Sözügedən OMTAS tank əleyhinə raketinin təhvil verilməsini Türkiyənin Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk nazirliyin fəaliyyətinin izah edildiyi həftəlik mətbuat konfransında açıqlayıb.

“Quru Qoşunları Komandanlığımız tərəfindən müxtəlif miqdarda OMTAS Orta Mənzilli Tank Əleyhinə Raketinin yoxlanış və qəbulu tədbirləri başa çatdırılıb”, - deyə Aktürk qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ROKETSAN   OMTAS  


Bizi "telegram"da izləyin