Erməni ekspert: “Müharibə qaçılmaz olacaq, İlham Əliyevə verilən vədlərin müddəti başa çatıb, ona görə də o aktivləşib”

2024/01/1705307340.jpg
Oxunub: 459     17:52     18 Yanvar 2024    
“Ermənistan həqiqətən də böyük çağırışlarla və yeni müharibə ilə üz-üzədir, ona görə də Vaalın mülahizələri yanlış deyil”.

Ordu.az xəbər verir ki, bunu İrəvan Dövlət Universitetinin beynəlxalq əlaqələr və diplomatiya kafedrasının dosenti, erməni ekspert Qriqor Balasanyan deyib.

Onun sözlərinə görə, Azərbaycanla sülhün və sülh müqaviləsinin imzalanmasının ümumiyyətlə mümkün olmadığını başa düşmək üçün elmi-siyasi böyük biliklərə sahib olmaq lazım deyil, çünki Bakı hər gün Ermənistanın tarixi Azərbaycan torpaqlarında qurulmuş bir dövlət olduğunu elan edir.

“Belə bir dövlətlə danışıqlara getməyə ehtiyac yoxdur. İsrailin ilk Baş naziri Qolda Meerin dediyi kimi, sizi məhv etməyə gələn tərəflə razılaşmaq mümkün deyil”, - deyə Balasanyan bildirib.

Balasanyan vurğulayıb ki, müharibə qaçılmaz olacaq, İlham Əliyevə verilən vədlərin müddəti başa çatıb, ona görə də o aktivləşib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İlham-Əliyev  


Bizi "telegram"da izləyin