TCG “İstanbul”, “Derya”, “Arif Ekmekçi” və “Marlin” İDP yanvar ayında Türkiyə HDQ-nin inventarına daxil olacaq

2024/01/2024--1705048911.jpg
Oxunub: 565     21:40     12 Yanvar 2024    
Türkiyə Milli Müdafiə Nazirliyinin mənbələri TCG “İstanbul” freqatı, Dənizdə Təchizat Gəmisi TCG “Derya” və Dənizdə Yanacaq Gəmisi TCG “Baş Leytenant Arif Ekmekçi”nin yanvarın 19-da Hərbi Dəniz Qüvvələrinə (HDQ) təhvil verilib-verilməyəcəyi ilə bağlı sualı cavablandırıb.

Ordu.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələr suala bu cavabı veriblər:

“MİLGEM Beşinci Gəmi Təchizatı Layihəsi çərçivəsində TGM “İstanbul” Gəmiqayırma Komandanlığında inşa edilən “İstanbul” freqatının Dəniz Qəbul Sınağı (DQS) fəaliyyətləri hazırda davam edir. Layihə fəaliyyətlərindəki mövcud vəziyyətə görə, “İstanbul” freqatına əlavə olaraq Dənizdə Təchizat Gəmisi “Derya”, Dənizdə Yanacaq Gəmisi “Baş Leytenant Arif Ekmekçi”və “Marlin” İnsansız Dəniz Platformasının (İDP) yanvarda HDQ Komandanlığının inventarına daxil olması planlaşdırılır”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   HDQ  


Bizi "telegram"da izləyin