Ukraynaya kütləvi raket hücumu: ölənlərin sayı 27-yə çatıb, 144 nəfər yaralanıb - YENİLƏNİB

2023/01/12154-1674749032.jpg
Oxunub: 7187     18:09     29 Dekabr 2023    
Ukraynaya raket hücumu nəticəsində ölənlərin sayı 27-ə çatıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində 144 nəfər yaralanıb.

Ölən və yaralananların sayının artacağı istisna edilmir.

***

Ukraynanın kütləvi raket hücumu nəticəsində ölənlərin sayı 23-ə çatıb.

Ordu.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk bildirib.

Qeyd olunub ki, 134 nəfər yaralanıb.

Məlumata görə, həmçinin bir neçə rayonda elektrik enerjisi kəsilib.

Bildirilib ki, xilasedicilər axtarış-xilasetmə işlərini davam etdirirlər.

V. Türk sözügedən hücumu pisləyib.

***

Rusiya ordusunun dekabrın 29-da Ukraynaya kütləvi raket hücumu nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Ən azı 128 nəfər yaralanıb.

Ukrayna Prezidenti Volodimir Zelenski bu hücumun cavabsız qalmayacağını bildirib.

***

Rusiya ordusunun dekabrın 29-da Ukraynaya kütləvi raket hücumu nəticəsində ölkənin Zaporojye vilayətində 4 nəfər ölüb, 10 nəfər yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə Zaporojye Hərbi Vilayət Administrasiyasının rəhbəri Yuri Malaşko teleqramda yazıb.

Bununla da bu gün Ukraynada ölənlərin sayı 19-a çatıb. Həlak olanların sayının artacağı istisna edilmir.

Onun sözlərinə görə, həmçinin bir neçə iaşə obyektinə, o cümlədən təhsil müəssisələrinə və xəstəxanalara ziyan dəyib.

***

Son sutkada Ukraynaya ümumilikdə 158 hava hücumu olub.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnı teleqramda yazıb.

O bildirib ki, ölkənin müxtəlif vilayət və şəhərləri raket hücumuna məruz qalıb: "Rusiya həm müxtəlif tip raketlər, həm də pilotsuz uçuş aparatları (PUA) ilə hücuma keçib. Hücumlardan 27-si “Shahed” PUA-ları ilə olub".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Hava-hücumu  


Bizi "telegram"da izləyin