Azərbaycanın Meksikadakı səfirliyi Prezident seçkiləri ilə əlaqədar vətəndaşlara müraciət edib

2023/12/1703228539.jpg
Oxunub: 7229     10:32     22 Dekabr 2023    
Azərbaycanın Meksikadakı səfirliyi Prezident seçkiləri ilə əlaqədar Meksika, Kolumbiya, Peru, Qvatemala, Kosta Rika, Panama və Hondurasda yaşayan vətəndaşlara müraciət edib.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov "X" hesabında paylaşım edib.

Həmin ölkələrdə daimi yaşayan və ya müvəqqəti olan, yaxud uzunmüddətli ezamiyyətdə olan 18 yaşına çatmış Azərbaycan vətəndaşlarının seçici siyahısına əlavə olunmaları məqsədilə dekabrın 29-dək Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfirliyinə müraciət etmələri bildirilib.

Müraciət zamanı vətəndaşlar soyad, ad, ata adını, doğum tarixlərini, daimi və ya müvəqqəti yaşadıqları ünvanları və əlaqə məlumatlarını səfirliyə təqdim etməlidirlər.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən, konsul qeydiyyatına durmuş seçicilərin sayı 50-dən artıq olan diplomatik nümayəndəlik və konsulluqlarda seçki məntəqələri yaradılacaq.

Telefon: +52 55 5540 4109 Elektron poçt: [email protected]

Qeyd edək ki, 2024-cü ilin 7 fevral tarixində Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Prezident   Seçki  


Bizi "telegram"da izləyin