Almaniyanın SSRİ-yə hücum edəcəyi ilə bağlı şifrəli məlumatın mətni dərc olunub

2023/12/34542-1703063289.jpg
Oxunub: 4700     13:07     20 Dekabr 2023    
Rusiya Prezident Kitabxanası SSRİ xüsusi xidmət orqanlarının nasist Almaniyasının gözlənilən hücumu ilə bağlı sonuncu şifrəli məlumatlardan birini dərc edib.

Ordu.az xəbər verir ki, Leninqraddan Moskvaya göndərilən şifrəli məlumatın mətni kitabxananın saytında dərc olunub.

Şifrəli məlumatın mətninə əsasən, sovet xüsusi xidmət orqanlarının rəhbərliyi faşist Almaniyasının 1941-ci il iyunun 21-də axşam SSRİ-yə hücuma hazırlaşdığı barədə sonuncu xəbərdarlıqlardan birini alıb.

SSRİ Dövlət Təhlükəsizliyi Xalq Komissarlığının Leninqrad vilayəti üzrə rəhbəri Pavel Kuprin şifrəli teleqramla Almaniyanın SFG şirkətinin bütün mütəxəssislərini Leninqraddan geri çağırması barədə Dövlət Təhlükəsizliyi Xalq Komissarlığının sədri Vsevolod Merkulova məlumat verib. Teleqramda yaxın günlərdə hərbi əməliyyatların başlanacağı da bildirilib.

“İyunun 20-də səhər Almaniya konsulluğuna SFG şirkətindən Almaniya Xarici İşlər Nazirliyi tərəfindən göndərilmiş teleqram daxil olub və orada Leninqraddan Almaniyaya çağırılmış 8 alman mütəxəssisin təyyarə ilə iyunun 22-si səhərə qədər sərhədi keçmək şərti ilə göndərilməsi təklif olunur, əks halda çox gec olacaq”, - deyə şifrəli teleqramda qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   SSRİ  


Bizi "telegram"da izləyin