Hadija Labib: "Belçika Azərbaycanla Ermənistan arasında sülh və nizamlanma səylərini qətiyyətlə dəstəkləyir"

2023/12/c7b68-1702317698.jpg
Oxunub: 6439     21:46     11 Dekabr 2023    
"Azərbaycanlı həmkarımla danışmaqdan məmnunam. Belçika Ermənistanla sülh və hərtərəfli nizamlanma səylərini qətiyyətlə dəstəkləyir, regionda sabitliyə töhfə verir".

Ordu.az xəbər verir ki, bu fikirləri Belçikanın xarici işlər naziri Hadija Labib Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü barədə "X" hesabındakı paylaşımında bildirib.

Görüşdə, həmçinin Aİ-Azərbaycan münasibətləri və ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi yolları müzakirə olunub.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belçika   Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin