"Bəzi ölkələr Azərbaycanı COP29-a ev sahibliyi etmək üçün rəqabətdən kənarlaşdırmağa çalışıb" - Muxtar Babayev

2023/12/Ekran-1702311025.jpg
Oxunub: 7182     19:48     11 Dekabr 2023    
Bəzi ölkələr Azərbaycanı COP29-a ev sahibliyi etmək üçün rəqabətdən kənarlaşdırmağa çalışıb.

Ordu.az xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Dubayda (BƏƏ) keçirilən COP28 konfransı çərçivəsində jurnalistlərə deyib.

"Bəzi ölkələr çalışırdılar ki, Azərbaycanı bu rəqabətdən kənarda saxlasınlar. Lakin 22 ölkə Azərbaycana səs verərək dəstək oldu. Biz sevinirik ki, belə uğura imza atmışıq. Bizim siyasi iradəmiz bu məsələdə də qalib gəldi. Bu, Azərbaycanın böyük proqramı idi və biz buna qalib gəldik", - o deyib.

Qeyd edək ki, 2024-cü il COP29-a ev sahibliyi etmək növbə Şərqi Avropa regional qrupuna düşür. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsini təklif edib.

Azərbaycanla yanaşı Ermənistan və Bolqarıstan da öz namizədliklərini irəli sürmüşdür. 2023-cü il dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Ofisi arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbycanın xeyrinə öz namizədliyini geri çəkib. Bolqarıstan da bundan sonra öz namizədliyini geri çəkib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   COP29  


Bizi "telegram"da izləyin