Almaniya gələn il Ukraynaya hərbi yardımı ikiqat artıracaq

2023/11/1700839529.jpg
Oxunub: 4326     18:02     11 Dekabr 2023    
Almaniya 2024-cü ildə Ukraynaya hərbi yardımı ikiqat artıracaq.

Ordu.az xəbər verir ki, bu barədə "RBC-Ukraina" Almaniyanın Avropa məsələləri üzrə dövlət naziri Anna Lyurmanna istinadən məlumat yayıb.

"Almaniya gələn il Ukraynaya hərbi dəstəyi iki dəfə artıraraq 4 milyard avrodan 8 milyard avroya çatdıracaq", - o bildirib.

Nazir vurğulayıb ki, bu həftə Aİ və Ukrayna üçün üzvlük danışıqlarına başlamaq məsələsində həlledici həftədir.

O əlavə edib ki, Almaniyanın Ukraynanın Avropaya inteqrasiyası ilə bağlı mövqeyi aydındır. Onun sözlərinə görə, Aİ-nin 26 üzvü danışıqların başlanmasının tərəfdarıdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Ukrayna  


Bizi "telegram"da izləyin