Papuaşvili: "Gürcüstan və Azərbaycan arasında xüsusi strateji tərəfdaşlıq münasibətləri var"

2023/05/1684223409.jpg
Oxunub: 6113     16:01     11 Dekabr 2023    
Gürcüstan və Azərbaycan arasında xüsusi strateji tərəfdaşlıq münasibətləri var.

Ordu.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra deyib.

O bildirib ki, Prezident İlham Əliyevlə görüş ənənəvi olaraq isti və faydalı əhval-ruhiyyədə keçib. Əlavə edib ki, söhbət planlaşdırılandan uzun çəkib və ikitərəfli əlaqələr, həmçinin regional sülh baxımından vacib olan bütün məsələlər müzakirə edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Papuaşvili   Gürcüstan  


Bizi "telegram"da izləyin