T-90M-lər Ukraynanın kamikadze PUA-larına qarşı hazırlanmış yeni müdafiə sistemi ilə görüntülənib

2023/12/2023--1702281624.jpg
Oxunub: 4342     16:12     11 Dekabr 2023    
Rusiyanın T-90M tankları Ukraynanın kamikadze tipli Pilotsuz Uçuş Aparatlarına (PUA) qarşı hazırlanmış yeni müdafiə sistemi ilə görüntülənib.

Ordu.az xəbər verir ki, Rusiyanın T-90M tanklarının yeni modernləşdirilmiş variantı təqdim edilib.

Bu yeni variantda T-90M tankının kamikadze PUA-larına qarşı müdafiə icra edə bilməsi üçün inkişaf etdirilən sistem gözə çarpır.

Tank qoruyucu örtüyün yuxarı və yan tərəflərinə yerləşdirilmiş “Kontakt-1” dinamik mühafizə dəstinin blokları ilə gücləndirilmiş innovativ qoruyucu örtüyə malikdir.

Rusiya sonuncu dəfə 14-20 avqust 2023-cü il tarixlərində Rusiyanın paytaxtı Moskvada keçirilən Ordu-2023 müdafiə sənayesi sərgisində T-90M tankını təkmilləşdirdiyini açıqlayıb.

Bu modernləşdirməyə “Cope Cage” və ya “Protective Canopy” adlı tankın yuxarı hissəsinə quraşdırılmış metal şəbəkə daxildir.

Bu yeni xüsusiyyət tankın yuxarı hissəsini hədəf alan hücumlara qarşı əlavə qorunma təmin edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   T-90M  


Bizi "telegram"da izləyin