ABŞ-nin ilk uzunmənzilli dəqiq zərbə raketləri inventara daxil olub

2023/12/1702281256.jpg
Oxunub: 5349     17:53     11 Dekabr 2023    
ABŞ ordusu ATACMS “yer-yer” tipli ballistik raketlərini əvəz edəcək ilk uzunmənzilli dəqiq zərbə raketlərini (PrSM) təhvil alıb.

Ordu.az xəbər verir ki, verilən açıqlamada çatdırılmanın PrSM1 raketlərinin uğurlu istehsal kvalifikasiya sınaqlarından sonra həyata keçirildiyi bildirilib.

ABŞ ordusunun satınalma üzrə katibinin köməkçisi Duq Buş çatdırılma ilə bağlı açıqlamasında deyib ki, PrSM qüvvə komandirlərinə düşmənin döyüş, manevr və Hava Hücumundan Müdafiə (HHM) əməliyyatlarına qarşı durmaq üçün 7/24, istənilən hava şəraitində qabiliyyət təmin edəcək.

Buş həmçinin bildirib ki, bu sistemin sürətli inkişafı və çatdırılması ABŞ Konqresindən alınan yeni satınalma səlahiyyətlərinin sürətlə istifadəsinə bir nümunədir.

PrSM ABŞ ordusunun uzun mənzilli dəqiq atış portfelində əsas texnologiyalardan biri kimi seçilir. Həm M142 Yüksək Hərəkətli Artilleriya Raket Sistemi, həm də M270A2 Yayım Atəşli Reaktiv Sistemindən (YARS) buraxıla bilən PrSM Rusiya və Çin texnologiyalarına qarşı dərin təsir qabiliyyəti ilə diqqət çəkir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   ATACMS  


Bizi "telegram"da izləyin