Erməni partiya sədri: “Bu bir daha sübut edir ki, rəsmi İrəvan Bakının gündəliyi və şərtləri ilə razılaşmalara gedir”

2023/12/1702280329.jpg
Oxunub: 5871     16:37     11 Dekabr 2023    
“32 erməni hərbi əsirinin qaytarılması faktı sevindirici və təqdirəlayiqdir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Demokratik Alternativ” partiyasının sədri, erməni politoloq Suren Surenyants “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında etimad mühiti yarada biləcək addımlar təşviq edilir.

“Əsirlərin qaytarılmasının “Hamının hamıya dəyişdirilməsi” prinsipi ilə baş tutmaması narahatedicidir ki, bu da prosesi Azərbaycan üçün sərfəli ticarətə çevirir. Əsirlərin qaytarılması “Hamının hamıya dəyişdirilməsi” prinsipi ilə baş tutmadığı halda, “adam öldürməyə görə” cəza çəkən əsirin Bakıya qaytarılması təəccüblüdür. Azərbaycan bütün hərbi qulluqçularını geri qaytarıb, ən azı onlarla hərbi əsirimiz isə Azərbaycan həbsxanalarında qalmaqda davam edəcək. Azərbaycanın onları nəyin müqabilində Ermənistana qaytaracağı bəlli deyil. Ermənistan-Azərbaycan razılaşmaları “Qarabağın hərbi-siyasi rəhbərliyi”ndən (separatçılar-red.) yan keçdi və bu, bir tərəfdən rəsmi İrəvanın bu insanların taleyi ilə bağlı xüsusi narahat olmadığını deməyə əsas verir, bir daha sübut edir ki, rəsmi İrəvan Bakının gündəliyi və şərtləri ilə razılaşmalara gedir”, - deyə Surenyants qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin