“7.or.am”: Növbəti mərhələdə Qərbi Azərbaycan layihəsi həyata keçiriləcək

2023/12/1702280166.jpg
Oxunub: 3398     15:50     11 Dekabr 2023    
Ötən günlərdə Ermənistan və Azərbaycan rəhbərliyinin birgə bəyanatı dərc olunub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “7.or.am” nəşri yazıb.

Nəşr qeyd edib ki, əsirlərin mübadiləsi “Hamının hamıya dəyişdirilməsi” prinsipi ilə deyil, Ermənistan tərəfindən hamısının təhvil verilməsi, Azərbaycan tərəfindən isə qismən təhvil vermə ilə baş verib.

“Başqa sözlə, İlham Əliyev və Nikol “Qarabağın hərbi-siyasi rəhbərliyinin üzvləri”ni (separatçılar-red.) Bakı həbsxanasında saxlamağa birgə qərar veriblər. Aydın məsələdir ki, İlham Əliyevlə Paşinyanın qurulmuş oyununun pərdəsi Qərbdir. Qərbin vəzifəsi Rusiyanı bölgəmizdən çıxarmaq və İrana qarşı platforma yaratmaqdır. Ermənistan bundan heç nə qazanmayacaq, daha çox itirəcək. Azərbaycana gəlincə, İlham Əliyev hazırda nə istədiklərini dəfələrlə qeyd edib. İlham Əliyevin tələbləri yerinə yetirildikdən sonra nələrin baş verəcəyini təxmin etmək çətin deyil”, - deyə nəşr bildirib.

Müəllif vurğulayıb ki, növbəti mərhələdə Nikol Paşinyanın Ermənistan vətəndaşlarına “sülh qovşağı” kimi təqdim etdiyi Qərbi Azərbaycan layihəsi həyata keçiriləcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin