Yüksək iqtisadi artımı təmin edən xarici pullar Ermənistandan “qaçır”

2023/12/1702279795.jpg
Oxunub: 4239     21:29     11 Dekabr 2023    
“2023-cü ilin yanvar-oktyabr aylarında Ermənistanın bankları vasitəsilə fiziki şəxslərin adıyla xaricdən təxminən 1,88 trilyon dram alınıb (ölkəmizə daxil olub) ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə cəmi 122 milyard dram və ya 7% çoxdur”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı, Daşnaksütun ali orqanının üzvü Tadevos Avetisyan bildirib.

“2023-cü ilin yanvar-oktyabr aylarında fiziki şəxslər tərəfindən Ermənistan bankları vasitəsilə xaricə 1,31 trilyon dram köçürülüb (ölkəmizi tərk edib) ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən artıq təxminən 436 milyard dram və ya 50% çoxdur”, - deyə o qeyd edib.

Avetisyan vurğulayıb ki, yəni bu il Ermənistandan pul axınının artım tempi əvvəlki illə müqayisədə ölkəyə daxil olan pul axınının artım tempindən 7 dəfədən çox yüksəkdir.

“Nəticələr Ermənistandan vəsaitlərin “qaçması” və iqtisadi aktivlik indeksinin artım tempinin azalmasıdır”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Xarici-pul  


Bizi "telegram"da izləyin