Erməni ekspert: “İlham Əliyevin addımları başa düşüləndir və ölkəsinin maraqlarını irəli sürmək baxımından rasionaldır”

2023/03/2023--1679992447.jpg
Oxunub: 4944     19:19     11 Dekabr 2023    
“Qarabağı təhvil vermək və sülh içində yaşamaq fikrində olanların hamısına pis xəbərim var. İlham Əliyev Paşinyanın elan etdiyi Ermənistanın 29 min 800 km ərazisinin 15 minini Azərbaycan torpaqları hesab edir”.

Ordu.az xəbər verir ki, bunu ABŞ-nin Stenford Universitetinin siyasi elmlər doktoru, errməni ekspert Artur Xaçikyan deyib.

O qeyd edib ki, İlham Əliyev revanş oyununa icazə verməyəcəyini də açıqlayıb.

“Bu o deməkdir ki, bizim ordumuz olmamalıdır. Bu, eyni Gümrü müqaviləsidir. Bu illər ərzində Rusiya Bakıdan onlarla əsir gətirəndə hakimiyyət susurdu, Qərb gətirəndə isə hamı bundan danışır.

Bu erməni agentlər qrupu artıq Qarabağdan danışmır. Azərbaycan sülh müqaviləsində elə bəndlər qoyacaq ki, gələcəkdə Ermənistan olmayacaq. İlham Əliyevin addımları başa düşüləndir və ölkəsinin maraqlarını irəli sürmək baxımından rasionaldır. 100 il əvvəl Qərb bizi təxribata çəkdi və Türkiyə ilə Rusiya arasında qoydu”, - deyə Xaçikyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əliyev   Paşinyan  


Bizi "telegram"da izləyin