“Azərbaycana milyardlarla dollar dəyərində silah təhvil verənlər silahların tarixlərindən və keyfiyyətindən danışırlar” - Abrahamyan

2021/02/546-1614332457.jpg
Oxunub: 4964     17:43     11 Dekabr 2023    
“Azərbaycana milyardlarla dollar dəyərində silah, sursat, texnika təhvil verənlər əvvəlki mərhələlərdə alınan silahların tarixlərindən və keyfiyyətindən danışırlar”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının katibi Tiqran Abrahamyan öz “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, Ermənistan hökuməti ardıcıl olaraq öz kədərli bəyanatları ilə meydanı doldurmağa çalışır.

“Xüsusilə ordu və silah bloku ilə mövzular sahəyə atılır. Buna siyasi, mənəvi haqları da yoxdur və sözügedən mövzular çox vaxt ancaq televiziyada hərbi forma görən insanlar tərəfindən səsləndirilir. Azərbaycana milyardlarla dollar dəyərində silah, sursat, texnika təhvil verənlər əvvəlki mərhələlərdə alınan silahların tarixlərindən və keyfiyyətindən danışırlar. Təbii ki, 70-80-ci illərə aid silahlar, xüsusən də artilleriya var ki, indiki Baş Qərargah mümkün olduğu təqdirdə onları mütləq almaq istərdi, üstəlik, bunlar bugünkü ordu üçün də zərurətdir”, - deyə Abrahamyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Silah  


Bizi "telegram"da izləyin