Erməni ekspert: “Ermənistanın özü Azərbaycanın nəzarəti altında olduğu üçün siz heç vaxt Qarabağa qayıtmayacaqsınız”

2023/12/timth-1702278328.jpg
Oxunub: 5075     20:25     11 Dekabr 2023    
“İcazə verin bir qrup qarabağlıya deyim ki, Ermənistanın özü Azərbaycanın nəzarəti altında olduğu üçün siz heç vaxt Qarabağa qayıtmayacaqsınız, üstəlik, məktublar yazmağa davam etsəniz və sizinlə dərindən maraqlanan beynəlxalq ictimaiyyətə gözləntiləriniz varsa, yenə də heç vaxt Qarabağa qayıtmayacaqsınız”.

Ordu.az xəbər verir ki, bunu erməni media eksperti Tiqran Köçəryan öz “Facebook” səhifəsində yazıb.

“Ötən gün bir qrup qarabağlı beynəlxalq ictimaiyyətə açıq məktub yazıb ki, onlar heç vaxt Qarabağa qayıtmayacaqlar, çünki o, Azərbaycanın nəzarəti altındadır. İcazə verin bir qrup qarabağlıya deyim ki, Ermənistanın özü Azərbaycanın nəzarəti altında olduğu üçün siz heç vaxt Qarabağa qayıtmayacaqsınız. Üstəlik deyim ki, məktublar yazmağa davam etsəniz və sizinlə dərindən maraqlanan beynəlxalq ictimaiyyətə gözləntiləriniz varsa, yenə də heç vaxt Qarabağa qayıtmayacaqsınız. Sizin və bizim vəzifələrimiz fərqli istiqamətdədir. Hər dəfə Nikol Paşinyanın adını çəkməmək taktikası ən azı Artak Beqlaryanlıq və fariseyikdir. Məktubun altında hörmət etdiyim insanların imzaları da var. P.S. “Qarabağ”ın (ləğv edilmiş qondarma qurum-red.) “parlament partiyaları” arasında yalnız Babayanın “partiyası” bu məktubu imzalayıb”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin