Niderland yenilənmiş AH-64E helikopterlərini təhvil alıb

2023/12/1702277847.jpg
Oxunub: 4549     21:46     11 Dekabr 2023    
Niderland yenilənmiş “Apache”lərlə hücum qabiliyyətini artırmağa çalışır.

Ordu.az xəbər verir ki, son zamanlar Ukraynaya verdiyi qrantlar və dəstəklərlə gündəmə gələn Niderland öz müdafiə gücünü artırmaq üçün sıx səylər göstərir.

Niderland Müdafiə Nazirliyi yeniləmə çərçivəsində ilk 2 ədəd “Boeing AH-64E Apache” hücum helikopterinin ölkəyə gəldiyini açıqlayıb.

Niderland tərəfindən satın alınan ilk 6 helikopter 2022-ci ilin dekabr ayından etibarən ABŞ-dəki “Fort Hood” bazasının yerləşdiyi Texasa göndərilib və Niderland hərbi qulluqçuları kadr hazırlığı üçün 302-ci Təlim Eskadronuna qoşulublar.

Təxminən 2025-ci ilə qədər Niderlandın helikopter parkının tutumu əlavə iki bölmə artırılacaq. Qalan 20 helikopterin isə 301-ci Helikopter Parkının yenidən təchiz edilməsi üçün Niderlanda çatdırılması planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Niderland   Apache  


Bizi "telegram"da izləyin