ABŞ hərbi qulluqçuları Yeni Nəsil Manqa Silahı sınaqlarını başa vurublar

2023/12/1702277777.jpg
Oxunub: 7838     16:29     11 Dekabr 2023    
ABŞ ordusunun tarixi əhəmiyyətli bölmələrinin bir qrup hərbi qulluqçusu Yeni Nəsil Manqa Silahı (NGSW) sınaqlarını başa vurub.

Ordu.az xəbər verir ki, proqram tenderini qazanmaq üçün müsabiqəyə qatılan 7 şirkətdən üçü qalib çıxıb.

Qalib şirkətlərdən biri olan “SIG Sauer” XM7 və XM250 tüfənglərini istehsal edəcək.

“Vortex Optics” istehsal edilən tüfənglər üçün XM157 atəşə nəzarət sistemini istehsal edəcək.

“Winchester” isə yeni nəsil silahlarda qəbul edilən 6,8 mm çaplı sursatları istehsal edəcək.

Proqram çərçivəsində istehsal olunan ilk silahlar 101-ci Hava Desant Diviziyasının 502-ci Piyada Alayı, 2-ci Tabor, “Alfa” Bölüyü hərbi qulluqçuları və 75-ci “Ranger” Alayının 1-ci Tabor hərbi qulluqçuları tərəfindən sınaqdan keçirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Hərbi-qulluqçu  


Bizi "telegram"da izləyin