Polşa “Krab” özüyeriyən haubitsalarının alınmasına dair müqavilə imzalayıb

2023/12/taraf-1702276423.jpg
Oxunub: 2613     17:31     11 Dekabr 2023    
Polşa Silahlı Qüvvələri üçün 152 ədəd “Krab” özüyeriyən haubitsasının alınmasına dair müqavilə imzalanıb.

Ordu.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blasçak bildirib.

“Polşa Silahlı Qüvvələrinin inkişafı ilə bağlı öhdəliyimizə uyğun olaraq, bu gün mən silahlı qüvvələrimizin inkişafında mühüm element olan daha bir müqaviləni təsdiqlədim. Bu müqaviləyə 152 ədəd “Krab” özüyeriyən haubitsasının, eləcə də döyüş sursatı daşıyıcılarının, texniki müşahidə vasitələrinin və ayrı-ayrı bölmələr üçün komanda vasitələrinin tədarükü daxildir”, - deyə o qeyd edib.

Nazir imzalanmış müqavilənin Polşa Silahlı Qüvvələrinin gücləndirilməsi istiqamətində çox mühüm addım olduğunu deyib.

Blasçak Polşa Silahlı Qüvvələri üçün həm ədədi gücün, həm də müasir silahların əhəmiyyətini vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Krab  


Bizi "telegram"da izləyin