Türkiyə müdafiə sənayesi 2024-cü ildə ixracatda “partlayış” gözləyir

2023/11/2023--1701073771.jpg
Oxunub: 5105     17:10     11 Dekabr 2023    
Bu il yeni ixrac rekordu qıran Türkiyə müdafiə sənayesi 2024-cü ildə bu göstəricini daha da yüksəltməyə hazırlaşır.

Ordu.az xəbər verir ki, Türkiyə müdafiə sənayesinin ən mühüm çətir təşkilatlarından biri olan Müdafiə və Aviasiya Sənayesi İstehsalçıları Dərnəyinin (SASAD) İdarə Heyətinin sədri Osman Okyay sektorun 2023-cü ildəki performansı və gələcək il üçün gözləntilər ilə bağlı açıqlamalar verib.

Xüsusilə son illərdə Türkiyədə müdafiə sənayesinin böyük irəliləyişlər əldə etdiyinə diqqət çəkən Okyay bu sahə ilə məşğul olan oyunçuların da texnoloji imkanlarını əhəmiyyətli dərəcədə artırdıqlarını bildirib.

“Hamımızda qürur və inam doğuran bu nailiyyətlər ölkəmizin müdafiəsi üçün daha vacibdir”, - deyə o qeyd edib.

Okyay vurğulayıb ki, 2023-cü il həm ixracda, həm də texnoloji dərinləşmədə çox əhəmiyyətli bir il olub.

“Çünki həm ixrac gəlirləri baxımından, həm də müdafiə sənayesində ölkəmiz üçün istehsal edə bilmədiyimiz məhsulların daha böyük hissəsini istehsal edə bildiyimiz bir il oldu. Xüsusilə hava vasitələrində, dəniz vasitələrində, yəni sistem səviyyəsində istehsalda mühüm layihələr açıqlandı. Bundan əlavə, məhsullar təkmilləşdirildi. Deyə bilərəm ki, biz 2023-cü ildə müdafiə sənayesi olaraq Cümhuriyyətimizin 100 illiyinə həqiqətən də layiqli şəkildə üzərimizə düşəni etdik”, - deyə SASAD İdarə Heyətinin sədri əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Müdafiə-sənayesi  


Bizi "telegram"da izləyin